Rusiya Xəzərdən neft hasilatı üçün quyuları yenidən işə salır

   Rusiya Xəzərdən neft hasilatı üçün quyuları yenidən işə salır
  06 Yanvar 2023    Oxunub:982
Rusiyada Kalmıkiyanın Laqansk vilayətində əvvəllər işlənilən “Xəzər” neft yatağından “qara qızıl” hasilatı qısa zamanda yenidən istifadəyə veriləcək. Mütəxəssislər Xəzər dənizindəki yataqda əlavə kəşfiyyat işləri də aparacaqlar.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”a Kalmıkiyanın təbii sərvətlər və ətraf mühitin mühafizəsi naziri Oçir Cambinov bildirib. “Xəzər” neft yatağı əvvəllər işlənilirdi, orada istismar quyu fondu 18-dir. Yataqda qazılmış quyular var, onlar konservasiyadadır. Bununla əlaqədar onu tez bir zamanda istifadəyə vermək və neft hasilatına başlamaq mümkündür”, - nazir qeyd edib.

Qeyd olunub ki, mütəxəssislər 1960-cı ildə kəşf edilmiş “Xəzər” yatağında əlavə kəşfiyyat işlərinin aparılmasını perspektivli hesab edirlər. İlkin çıxarıla bilən neft ehtiyatlarının dəyərinə görə orta, geoloji quruluşunun xüsusiyyətlərinə görə isə mürəkkəb ehtiyatlara aiddir. Hazırda yerli neft ehtiyatları təxminən 14 milyon tondur.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti