“Equinor” şirkəti: Avropada qaz qıtlığı 2023-cü ildə də davam edəcək

      “Equinor” şirkəti:    Avropada qaz qıtlığı 2023-cü ildə də davam edəcək
  06 Yanvar 2023    Oxunub:1329
Norveçin ən böyük “Equinor” enerji şirkətinin rəhbəri Anders Opedal bildirib ki, Avropa bazarında qaz qıtlığı 2023-cü ildə də davam edəcək.
AzVision.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində danışıb. “Qaz anbarları kifayət qədər doludur və indi hava istidir. Bu da qazın qiymətinə təsir edir, lakin cari il anbarları daha az Rusiya qazı ilə doldurmaq lazımdır. Çox güman ki, biz qaz qiymətlərinin dəyişdiyi bazar görəcəyik” - , “Equinor”un baş icraçı direktoru deyib.

“Bloomberg” daha əvvəl yazmışdı ki, Avropa İttifaqı enerji böhranından anomal isti qış sayəsində xilas ola bilər. Qeyd edək ki, Avropada güclü atmosfer cəbhəsinin soyuq qütb havasının axınına mane olması səbəbindən bütün bölgədə isti hava şəraiti yanvarın sonuna qədər davam edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti