Abramoviç müharibədən əvvəl pulunun bir hissəsini gizlədib - The Guardian

   Abramoviç müharibədən əvvəl pulunun bir hissəsini gizlədib -    The Guardian
  06 Yanvar 2023    Oxunub:1293
"Milyarder Roman Abramoviç müharibə başlamazdan əvvəl vəsaitlərinin bir hissəsini gizlədib. O, əldə etdiklərinin dondurulacağından ehtiyyat edib".
AzVision.az xəbər verir ki, belə bir iddialı məlumatı Britaniyanın The Guardian nəşri yayıb. Qəzet Abramoviçin ofşor şirkətlərinə xidmət göstərən Kipr şirkətinin məlumatlarının təhlilini aparıb. Nəşr qeyd edir ki, fayllar redaktora anonim mənbə tərəfindən ötürülüb.

Bildirilir ki, 2022-ci ilin fevralının əvvəlində Qərb ölkələrinin Rusiya oliqarxlarına qarşı sanksiyalar vədlindən sonra Abramoviç tələsik 10 ofşor şirkəti yaradıb və onları öz övladlarının adına qeydiyatdan keçirib.

Şirkətlərin ümumi nominal dəyəri təxminən 4 milyard dollardır, lakin real dəyər daha yüksək ola bilər.

Abramoviçin Kipr və Cersidəki ofşor trestlərinin aktivlərinə iri şirkətlərin səhmləri, dəbdəbəli daşınmaz əmlak və yaxtalar daxildir. İndi oliqarxın yeddi övladı bu aktivlərin 50%-dən 100%-ə qədərinə sahibdir.

Nəşrlə söhbətdə ekspertlər bildiriblər ki, belə bir yenidənqurma Abramoviçə qarşı sanksiyaların tətbiqi səylərini çətinləşdirə və onun qanuni olaraq başqalarına məxsus olan aktivlərinin dondurulması cəhdlərini puça çıxara bilər.

Roman Abramoviç Rusiyanın ən varlı adamlarından biridir. Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviç Avropa İttifaqı, Böyük Britaniya, İsveçrə, Kanada, Avstraliya və Yeni Zelandiyanın sanksiya siyahısına daxil edilib.

ABŞ isə onun iki təyyarəsini həbs edib. Bununla belə, Qiymətli Kağızlar və Birja Komissiyası və FTB iş adamının hedcinq fondlarında investisiyalarına nəzarət edən konsaltinq firması ilə bağlı araşdırma başladıb. Beləliklə, Abramoviçin təxminən 6 milyard dolları faktiki olaraq dondurulub.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti