Dörd rayonda 398 ağac kəsilib, cinayət işləri başlanıb

   Dörd rayonda 398 ağac kəsilib,    cinayət işləri başlanıb
  10 Yanvar 2023    Oxunub:984
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.

AzVision.az



Teqlər:





Xəbər lenti