Hava şəraiti ilə əlaqədar 49 nəfər xəsarət alıb

Hava şəraiti ilə əlaqədar 49 nəfər xəsarət alıb
  10 Yanvar 2023    Oxunub:896
Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbindən TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 49 müraciət daxil olub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 48-i (28-i qadın, 20-i kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. Bir nəfərə (kişi olmaqla) isə yerində ilkin tibbi yardım göstərilib.

Müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 17-85 yaş aralığında olan vətəndaşlardır.

Qeyd edək ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışır.

AzVision.az



Teqlər:





Xəbər lenti