Rusiyadan dəniz yolu ilə neft tədarükü 30% artıb

   Rusiyadan dəniz yolu ilə    neft tədarükü 30% artıb
  16 Yanvar 2023    Oxunub:873
Rusiya xam neftinin dəniz yolu ilə daşınmalarının həcmi keçən həftə artaraq ötən ilin aprelindən bəri ən yüksək həddə çatıb.
Bu barədə “Bloomberg” yazıb. Qeyd olunub ki, Rusiya neftinin ümumi həcmi yanvarın 13-dən əvvəlki həftədə gündəlik 876 min barel və ya 30% artaraq 3,8 milyon barelə çatıb.

Baltik dənizi ilə neft tədarükü əvvəlki həftə ilə müqayisədə gündə 626 min barel, Qara dəniz vasitəsilə tədarük gündəlik həcmin 47%-i qədər artıb. Beləliklə, Rusiya dəniz ixracının ümumi həcmi yanvarın 13-nə keçən həftə ilə müqayisədə gündəlik 550 min barel artaraq 3,06 milyon barel təşkil edib.

Dənizdə neft tədarükünün artması Avropaya boru kəməri axınının azalması ilə əlaqələndirilir.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti