Kürdəmirdə təqsirləndirilən şəxs xəstəxanada öldü

Kürdəmirdə təqsirləndirilən şəxs xəstəxanada öldü
  19 Yanvar 2023    Oxunub:1184
Bu gün Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzVision.az -a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib. O, bütün tibbi müdaxilələrə baxmayaraq ürək tutmasından vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti