Cəlilabadda faciə: bir qardaş öldü, ikisi yaralandı

Cəlilabadda faciə: bir qardaş öldü, ikisi yaralandı
  19 May 2014    Oxunub:1146
Cəlilabad rayonunda ailə faciəsi baş verib.

Məlumata görə, rayonun Uzuntəpə kəndində Əliqismət Əsədovun həyətində su quyusu qazan üç oğlundan ikisi yaralanıb, biri isə ölüb.

Belə ki, qardaşlar diametri təxminən 1 metr olan quyunu 14 metr dərinliyində qazandan sonra qəfildən quyu suyla dolub.

Quyuda olan qardaşlardan ikisi qonşuların köməyi ilə çıxarılaraq, Cəlilabad rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xiasedicilər 1986-cı il təvəllüdlü Bayram Əliqismət oğlu Əsədovun meyitini quyudan çıxarıblar. (apa)


Teqlər:  





Xəbər lenti