Yenə su olmayacaq

Yenə su olmayacaq
  19 May 2014    Oxunub:1281
Sabah Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, suyun verilməsində fasilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcəyidir. 20 may 2014-cü il tarixində saat 00:00-dan etibarən Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti