Şeyx yas çadırlarını niyə yığışdırır? - VİDEO

Şeyx yas çadırlarını niyə yığışdırır? - VİDEO
  23 May 2014    Oxunub:1308
Qafqaz Müsəlmanları İdarəsindən yas çadırlarının ləğvi təklifinin səbəblərini üzə çıxdı.
ANS TV-nin məlumatına görə, ehtimal belədir ki, yas çadırları radikal qruplaşmaların nəzarətində imiş.

Bir müddət öncə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə yas çadırlarının yığışdırılması ilə bağlı verdiyi təklifin əsas səbəbi bəlli oldu. Düzdür, yas çadırlarının yığışdırılması məsələsinin mollaların məclislərdə çox oturması, çadırların küçələrdə qurularaq gediş-gəlişə mane olması, bu çadrların qurulmasına xərclənən vəsaitin yas sahibinin cibinə zərər vurması və s. kimi bir çox səbəblərlə əsaslandırılırdı.

Əldə etdiymiz məlumatata görə, bunun əsas səbəbi isə çadırların radikal dini cərəyanların nümayəndələrinin toplanması üçün əlverişli məkana çevrilməsidir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Salman Musayev deyir bəzi çadrlar var ki, onlardan radikal yönümlülər istifadə edir: “Müəyyən saatdan sonra yas mərasimini bitirmək lazımdır. Sonra hərə öz işinə-gücünə getməlidir. Bu, Quranda da buyrulub”.

Təkliflərdə yas mərasimlərinin məscidlərdə, yaşayış evlərinin yaxınlığında xeyir-şər üçün nəzərdə tutulmuş yerlərdə keçirilməsi göstərilib.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini deyir ki, bu məkanlarda mərasimin hansı din xadimi tərəfindən aparıldığına və onun dini söhbətlərinə nəzarət etmək mümkündür.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevin sözlərinə görə, molla orada nədən danışır, kimi hansı cərəyana cəlb edirlər, bunlar çox vacibdir: "Elə çadırlarda nəzarət mümkün deyil. Kim istəsə, gəlib girir, orda istədiyini edə bilir”.

Əgər yas mərasiminin keçirilməsi üçün yaxınlıqda məscid və ya xeyir-şər evi yoxdursa, bu zaman çadır kimsəyə mane olmamaq şərtilə neytral ərazilərdə qısa zaman ərzində qurula bilər. Hər halda Qafqaz Müsəlmanları İdarəsinin təklifi müzakirə obyektidir və idarə də əhalinin bu təklifə müsbət reaksiya verəcəklərinə inanırlar.




Teqlər:  





Xəbər lenti