Masallıda arvadın ərini öldürməsinin səbəbi bilindi

Masallıda arvadın ərini öldürməsinin səbəbi bilindi
  25 May 2014    Oxunub:1300
Masallıda ötən gecə baş vermiş qətlin bəzi təfərrüatları məlum olub. Hadisə mayın 25-də gecə saat 04.00 radələrində rayonun Qəriblər kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində əri, 30 yaşlı Azər Azadxan oğlu Ağayevi yatarkən kürək nahiyəsindən bıçaq zərbəsi ilə qətlə yetirib.
Məlumata görə, qətlə yetirilmiş ər-arvadın həm də qohumluq əlaqələri olub. Onlar dayıoğlu bibiqızıdırlar və 12 ilə əvvəl ailə qurublar. Ailəinin iki oğlu, bir qızı var. Yaxınlarının bildirdiyinə görə, onlar ailənin qalmaqalları barədə eşitməyiblər.

Azər Ağayevin atası Azadxan Ağayev isə gəlininin belə ağır cinayəti törətməsinə inanmadığını bildirib.

Qeyd edək ki, Gülnarə Əzizova təqsirləndirilən şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ilkin ifadəsində o, ərinin tüfeyli həyat tərzi keçirdiyini, onu mütəmadi incitdiyini bildirib. Hadisə baş verən gecə də Azər Ağayev evə içkili vəziyyətdə gəlib və arvadını döyüb. Ərinin hərəkətlərinə dözməyən qadın çıxış yolunu onu bıçaqlamada görüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir (APA).


Teqlər:  





Xəbər lenti