Qrant müsabiqəsinin nəticəsi açıqlandı
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2014-cü ilin II qrant müsabiqəsi üzrə bir layihə üçün maksimum məbləğin 10 min manat olduğunu bildirərək Şuranın elektron məlumat bazasına 253 layihənin daxil olduğunu qeyd edib. Bunlardan 1 ərizə təkrar göndərilmiş, 37 ərizə isə ilkin seleksiyadan keçməmişdir. 215 layihə isə Şuranın elektron resursları tərəfindən qəbul olunaraq ekspertizaya göndərilmişdir. Fərasət Qurbanov seleksiyadan keçməyən layihə sənədlərində dövlət reysterindən çıxarışın qanunvericiliyin tələblərinə uyğun olmaması, büdcənin təlimatda göstərilən qaydada tərtib edilməməsi və ərizəyə əlavə edilən sənədlərdə çatışmazlıqların mövcudluğu kimi qüsurların aşkarlandığını qeyd edib.
F.Qurbanov müsabiqə müddətində 100-ə yaxın QHT-yə layihələrin Şuranın elektron bazasına göndərilmə qaydaları haqqında məlumatların verildiyini bildirib.
Şura üzvləri Katibliyin arayışını və ekspertlərin rəylərini əsas götürərək maliyələşdiriləcək layihələrlə bağlı qərar qəbul ediblər.
QHT-lərin müsabiqənin nəticələri ilə bağlı 30 may 2014-cü ilədək Şuranın Apelyasiya Komissiyasına müraciət etmək hüquqları var.
Müsabiqə qalibləri haqqında Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az internet saytlarından məlumat almaq olar.
Teqlər: