Tələbələr Respublika Gününü qeyd edib
Tədbir ADİU-nun Heydər Əliyev Mərkəzində davam etdirilib. Tədbirdə çıxış edənlər Şərqin ilk demokratik və parlamentli dövlətinin məhz Azərbaycanda qurulduğunu diqqətə çatdırıblar. Məruzəçilər ADR-in qısa müddətdə həyata keçirdiyi böyük işlər haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Digər çıxışçılar Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa olunması, onun inkişafında Milli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətlərdən, Ulu Öndərin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.
Tədbir Xalq Cümhuriyyətindən bəhs edən filmin nümayişi ilə davam etdirilib.
Teqlər: