Hindistan strateji neft ehtiyatlarını artırır

   Hindistan strateji neft ehtiyatlarını artırır
  19 May 2023    Oxunub:1897
“Hindistan strateji neft ehtiyatlarını artırmaq imkanlarını nəzərdən keçirməyə hazırlaşır”.
Bu barədə mənbələrə istinadən “ Bloomberg ” məlumat yayıb. “Dünyanın ən böyük neft istehsalçısı tükənmiş ehtiyatlarını bərpa etməyə başladığı bir vaxtda Hindistan strateji neft ehtiyatlarını artırmağı və bu işdə ABŞ-a qoşulmağı düşünür”, - agentliyin mənbələrindən biri bildirib. Qeyd olunub ki, Hindistan təxminən 9,2 milyon barel neft almağa hazırlaşır.

Mayın 16-da “Mint” qəzeti Hindistanın Ticarət və Sənaye Nazirliyinin analitiklərinin statistikasına istinadən yazıb ki, 2022-2023-cü maliyyə ilinin yekunlarına əsasən, İraq Hindistanın daxili bazarına xam neftin ixracından əldə edilən pul vəsaitlərinin həcminə görə lider olub.

Göstərilən müddət ərzində Bağdad 50,31 milyon ton xammal tədarükü üçün cəmi 33,37 milyard dollar, Moskva isə 50,84 milyon ton ixrac üçün cəmi 31,02 milyard dollar alıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti