Bakı sakini evində yanaraq öldü

Bakı sakini evində yanaraq öldü
  29 May 2014    Oxunub:955
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda 1980-cı il təvəllüdlü Samir Ələhməd oğlu Əliyevə məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 30 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən ev sahibinin cəsədi aşkar edilib. Yanğın saat 02:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti