Azərbaycanlı jurnalistlər Əl-Cəzirə Forumunda

Azərbaycanlı jurnalistlər Əl-Cəzirə Forumunda
  29 May 2014    Oxunub:977
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və fondun əməliyyat departamentinin rəhbəri Ramil Əzizov 26-28 may 2014-cü il tarixlərində Qatarın paytaxtı Doha şəhərində, Əl-Cəzirə Media Şəbəkəsi tərəfindən təşkil olunan “Ərəb Dünyasında Dəyişikliklər: İstiqamət Haradır?” movzusunda beynəlxalq forumda iştirak edib.
Tədbiri giriş sözü ilə açan Əl-Cəzirə Media Şəbəkəsinin sədri Hamad bin Tamer al Thani və Türkiyənin baş nazirinin müavini Bülent Arınç ümumilikdə islam dünyasında baş verən dəyişikliklərin mahiyyətinə toxunub. “2-ci Dünya Müharibəsindən sonra yeni bir soyuq müharibə dövrü yaşanmaqdadır. Suriya və Ukraynada baş verənlər bizi ciddi şəkildə narahat edir. Belə bir şəraitdə arada qalan deyil, arabulucu olmalıyıq”,- deyə Türkiyənin baş nazirinin müavini bildirib.

Forumda “Ərəb ölkələrində dəyişikliklər zamanı gənclərin rolu”, “Media Təlimləri və Sosial Dəyişikliklər”, “Böhran dövründə İnsan Haqlarının və Medianın Rolu”, “Türkiyənin regiondakl siyasətində baş verən dəyişikliklər və onun tətbiqi” mövzularında panel müzakirələr aparılıb.

“Böhran dövründə İnsan Haqlarının və Medianın Rolu” mövzusunda paneldə çıxış edən Umud Rəhimoğlu Azərbaycan ərazilərinin işğal faktorunun aradan qaldırılması, bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilməsi istiqamətində birgə səylərin birləşdirilməsinin vacibliyini bildirib. “Bəzən beynəlxalq təşkilatlar Azərbaycanın bir milyondan yuxarı məcburi köçkününün hüquqlarını deyil, müharibə zamanı öldürülən dinc insanların, media işçilərinin yaşamaq hüquqlarından deyil, daha çox maraq dairələrində olan məsələlərdən danışmağa üstünlük verirlər”,- deyən Rəhimoğlu Cənubi Qafqazda, eləcə də post Sovet məkanında yaranan münaqişələrin mahiyyətinə toxunaraq, bu münaqişələrin yaranmasında obyektiv informasiyanın olmaması faktorunun həlledici olduğunu qeyd edib.

Çıxışının sonunda o, bütün media qurumlarını, insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti qurumlarını işğal faktorunun aradan qaldırılmasında eləcə də medianın, insan hüquq və azadlıqlarının qorunmasında həmrəy olmağa çağırıb.

`Əl-Cəzirə` Media Şəbəkəsinin İcraçı diektoru Mustafa Souj, İnsan Haqları Departamentinin rəhbəri Sami-əl Hac və Baş prodüsser Həsən Said Elmogummerlə təkbətək görüşən U.Rəhimoğlu qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, Əl-Cəzirənin Azərbaycandan yayımlanması perepektivləri, Azərbaycan həqiqətlərinin daha doğru və etibarlı mənbələrdən alınmış obyektiv informasiya əsasında işıqlandırılması, Qarabağ münaqişəsinə dair beynəlxalq forumun təşkilinə dair danışıqlar aparıb. Bununla yanaşı O, Əl-Cəzirə rəhbərliyi ilə konflikt bölgələrində, eləcə də Beynəlxalq Sülh Bürosu tərəfindən nümayəndəsi olduğu 18 Qərbi Asiya ölkəsində sülh quruculuğuna xidmət edən aksiyaların keçirilməsi məsələsini də müzakirə edib.


Teqlər:





Xəbər lenti