Sığortalı kreditləri də varislər ödəyəcək? - AÇIQLAMA

   Sığortalı kreditləri də varislər ödəyəcək? -    AÇIQLAMA
  24 May 2023    Oxunub:1562
Həyat sığortası ilə kredit götürmüş və ya əmlaka sahib olmuş şəxslərin varislərindən ödəniş tələb edilə bilməz.
Konstitusiya Məhkəməsinin ipoteka krediti qərarı: Vərəsələr hansı hallarda borcu ödəyəcək?
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələri ilə bağlı qərarını şərh edərkən deyib. O qeyd edib ki, həyat sığortasının da əsas özəlliyi məhz borclanan dünyasının dəyişərsə qalan xərcin sığorta şirkəti tərəfindən ödənilməsidir.

"Sığortalanan dünyasını dəyişən zaman bu öhdəliklər də qarşılanır. Bu baxımdan, əgər həyat sığortasında kredit məbləği tam olaraq nəzərə alınırsa, o halda varisdən heç bir ödəniş tələb edilə bilməz. Borclanan həyat sığortası üzrə həmçinin ona görə ödəniş edir ki, dünyasını dəyişərsə varisindən vəsait tələb olunmasın.

İndi hətta daxili ipoteka kreditlərinin böyük əksəriyyətində həyat sığortası əsas şərtərdəndir. Bu baxımdan, nəinki İpoteka Krediti və Zəmanət Fondu tərəfindən verilən ipoteka kreditlər, hətta daxili kreditlər üzrə də sığorta varsa, o zaman varisə heç bir öhdəlik buraxılmır. Qalan məbləğ şığorta şirkəti tərəfindən qarşılanır. Əslində, bu həm də ondan xəbər verir ki, həyat sığortasından istifadə varis üçün öhdəlik yaratmır ".

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin dünən dərc olunan qərarına əsasən vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək. Qərarda bildirilir ki, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Aytən Zəhra
AzVision.az


Teqlər:   İpoteka   Kredit  





Xəbər lenti