Şamaxıdakı dəhşətli qətlin təfərrüatı

Şamaxıdakı dəhşətli qətlin təfərrüatı
  30 May 2014    Oxunub:1343
Daxili İşlər Nazirliyi Şamaxı rayonunda baş verən dəhşətli qətl hadisəsi barədə rəsmi məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, mayın 29-da Şamaxı rayonunun Mərzəndiyə kəndindəki evində Firuz Şahməmmədovla qonaqları, Rusiya Federasiyasının vətəndaşları, qardaşı Mais və onun oğlu Heybət arasında əmlak bölgüsü ilə əlaqədar münaqişə baş verib.

F.Şahməmmədov tapançadan atəş açaraq Heybətə ayaq nahiyəsindən xəsarət yetirib, silahı Firuzdan almış qardaşı Mais isə atəş açaraq onu qətlə yetirib.

Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şahməmmədov tutulub, ondan “Naqan” tipli tapança götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti