Avropa Şurasında Azərbaycan sərgisi - FOTOLAR

Avropa Şurasında Azərbaycan sərgisi - FOTOLAR
  31 May 2014    Oxunub:1601
Avropa Şurasında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” adlı sərginin açılış mərasimi olub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi və ölkəmizin Avropa Şurası yanındakı Daimi nümayəndəliyinin təşkilatçılığı ilə `Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri` layihəsi çərçivəsində may ayının 28-də Avropa Şurasının mənzil-iqamətgahında təşkil olunan sərginin açılış mərasimi olub. Bu barədə AzVision-a cümə günü Daimi nümayəndəlikdən məlumat verilib.

Sərgini açan Daimi nümayəndəliyinin rəhbəri səfir Emin Eyyubov demokratik yol tutan Azərbaycanın 2001-ci il yanvar ayının 25-də Avropa Şurasının tam hüququlu üzv olduğunu xatırlatmış, belə əlamətdar hadisənin təşkilata üzv olduğu müddətdə ölkəmizin ilk dəfə Nazirlər Komitəsinə sədlik etdiyi dövrə təsadüf etdiyini diqqətə çəkib.

Bu gün Azərbaycanın hüquqi , demokratik və dünyəvi dövlət olduğunu vurğulayan Səfir iki qitə qovşağında yerləşən ölkəmizdə müxtəlif mədəniyyətlərin və dinlərin mövcudluğunu qeyd etmiş, ayrı-ayrı etnik qrupların mədəniyyətinə və dinlərinə yüksək tolerantlıq göstərildiyini, onların dllərinin, dinlərinin, mədəniyyətlərinin inkişafı üçün hər cür şərait yaradıldığını bildirib.

Səfir müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabr ayında müxtəlif ölkələrin aparıcı şirkətləri ilə birlikdə imzalan “ Əsrin müqaviləsi “ sayəsində ölkənin iqtisadiyaytının inkişaf etdiyini, Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında və əsaslarınının möhkəmlənməsində mühüm rolu olduğunu bəyan edib.

Azərbaycanın geostrateji movqelərini möhkəmləndirərək beynəlxalq aləmdə öz yerini tutduğunu diqqətə çəkən diplomat Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini və artıq öz xalqına xidmət edən güclü, demokratik və çiçəklənən dövlətə çevrildiyini vurğulayıb.

“Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri “ sərgisinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təşkil edildiyini xatırladan Səfir sərgidə ölkəmizin tarixindən və zəngin mədəniyyətindən bəhs edən müxtəlif eksponatların nümayiş etdirildiyini, onların ölkəmizin mədəni irsini və mədəni müxtəlifliyini əks etdirdiyini, 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunduğunu, bu sərginin iştirakçıların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan verəcəyinə ümidvar olduğunu bildirib.

Bu sərginin Avropa Şurasında təşkil olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Emin Eyyubov Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıtdırmaq sahəsində mühüm rol oynadığını, Fondun həm Azərbaycanda, həm də dünyada mədəni irsin qorunmasına önəm verdiyini qeyd etmişdir. Bu xüsusda, o, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fransada bir çox tarixi və mədəni abidələrin bərpa edildiyini bildirib.

Avropa Şurasının Baş katibinin müavini Qabriella Battaini-Draqoni çıxışında 28-may- Respublika günü, habelə Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbriklərini çatdırmış və belə bir gözəl sərginin təşkilatın mənzil-qərargahında təşkilinə görə təşəkkür edib. 2011-ci ilə qədər qurumda mədəniyyət bölməsinə rəhbərlik etdiyini, həmin dövrdə qurumun Azərbaycanla birlikdə Bakıda şəhərlərarası layihələr, mədəni irslə bağlı müxtəlif tədbirlərin həyata keçirdiyini, 2008-ci ilin dekabr ayında Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin, Avropa İttifaqının, YUNESKO nümayəndələrinin, Ərəb Liqası ölkələrinin və digər beynəlxlaq təşkilatların iştirakı ilə mühüm bir konfransın təşkil olunduğunu xatırladan AŞ rəsmisi yığıncaqda mədəniyyətlərarası dialoq, beynəlxalq sahədə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldığını bildirib.

Konfrans zamanı Azərbaycan mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olduğunu diqqətə çəkən baş katibin müavini “ Gülüstan “ sarayında nümayiş etdirlən çox sayda xalça kolleksiyasının, musiqi alətlərinin, qədim silahların və incəsənət əsərlərinin onda xüsusi təəssürat oyatdığını, orada nümayiş etdirilən eksponatlar sayəsində Azərbaycanın zəngin mədəni dəyələrə malik ölkə olduğunu, Şərqlə Qərbi birləşdirən Azərbaycandan bir çox sivilizasiyaların keçdiyinin şahidi olduğunu, habelə həmin sivilizasiyaların bu günkü Azərbaycan mədəniyyətinə öz töhfəsini verdiyini bəyan edib.

Qabriella Battaini- Draqoni bildirib ki, tanış olduğu mədəni dəyərlər bir sintez idi. Bu həm də öz növbəsində ölkədə yaşayan etnik qrupların sintezi idi. Bütün bunlar özlüyündə Azərbaycan tarixini və mədəniyyətini təşkil edir. Azərbaycanın mədəni irsi müxtəlifdir və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. İçərişəhər Tarix-Memarlıq kompleksinin arxitekturası, Qobustan və Atəşgah kimi abidələri, Qəbələ arxeloji qazıntıları dünyanın ən qiymətli mədəni irsləridir. Bu gün nümayiş etdirilən sərgi ölkə barədə deyilənlərin bariz nümunəsidir.

Qalereya




Teqlər:  





Xəbər lenti