"Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun rəhbərliyi dəyişdirilib

   "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu"nun rəhbərliyi dəyişdirilib
  20 İyun 2023    Oxunub:1273
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" MMC-yə yeni direktor təyin edilib.
AzVision.az xəbər verir ki, bu, Cahid Qədirlidir.

O, institutun rəhbərliyində Ramin Vəliyevi əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.

AzVision.az



Teqlər: İnstitut  





Xəbər lenti