Qaynata ilə gəlin bıçaqlaşdı
Qayınata əlavə edib ki, mübahisə zamanı gəlin əlinə bıçaq götürərək onun üstünə hücum çəkib. Bu zaman onun barmağı kəsilib. Gəlinin əlindən bıçağı almaq istəyən zaman isə gəlinin qolu sıyrılıb.
Məsələ ilə bağlı rayon prokurorluğu ilə əlaqə saxladıq. Müstəntiq Anar Şahverdiyev bildirib ki, Rüstəmovlar ailəsindəki problem 4 ildən çoxdur davam edir. Narazılıq isə ailədə ev bölgüsü üstündədir. Bu səbəbdən həmin ailədə demək olar ki, hər gün insident baş verir.
“Hələlik nə gəlinin, nə də qayınatanın bıçaqlanma iddiası öz təsdiqini tapmayıb. Hazırda məsələni araşdırırıq”, - deyə Anar Şahverdiyev bildirib.
Teqlər: