Ermənicə “soyqırımın” riyazi, coğrafi və keyfiyyət parametrləri
Çünki müasir dövrdə soyqırım ehtimalı çox azdır, bəlkə də heç mümkün deyil ki, bunun da bir neçə köklü səbəbi var.
1) Hər an adamları təxliyyə etmək olar.
2) Klassik anlamda soyqırıma ehtiyac yoxdur.
3) Ermənilər yaxşı bilirlər ki, Qarabağ ermənilərinin 30 il işğal dövründə davranışının araşdırılmasının qaçılmazdır. O zaman Azərbaycan ərazisində qalacaq ermənilər rahat yaşaya biləcəklər.
4) Rəsmi Bakı erməni təxribatına cavab olaraq Laçın koridorunu bağlayan kimi Xankəndi-Ağdam yolunu ermənilərə təklif etdi.
5) Üçtərəfli razılaşmaya uyğun olaraq Ağdamda RF-Türkiyə monitorinq mərkəzi fəaliyyətdədir. Qarabağdakı ermənilər hər an həmin mərkəzə müraciət edib problemlərinin həllini tapa bilərlər.
Ermənicə “soyqırım” təxminən 108 il (1915-1923) bundan əvvəl baş verib. Erməniçilik ideoloqlarının iddiasına görə, o vaxt Osmanlı imperiyasında 1,5 milyon erməni öldürülüb.
Sonradan Osmanlı imperiyasında və Türkiyədə nə qədər erməninin qaldığı, onların nə işlə məşğul olduqları açıqlanmır. Maraqlıdır ki, “soyqırıma” məruz qalan millətin təmsilçiləri çox təəccüblü şəkildıə 1930-cu illərdə Atatürkün hökumətində çalışıblar.
Hətta “Atatürk” sözünün müəllifi də “soyqırıma” məruz qalan erməni olub.
Erməni mənşəli vətəndaşı yaratdığı Türkiyə əlifbası isə daha çox erməni və yunan ləhcəsini əks etdirir. Osmanlı imperiyasında 11-ə yaxın erməni nazir milləti-sadiqə olublar.
Bu imperiyada yaşayan ermənilər bütün Avropanı gəzir, Osmanlı üçün casusluqla məşğul olurdular.
Sonradan çar Rusiyasından dəstək görən kimi onlar Osmanlı imperiyasını daxildən parçalamağa başladılar. “Soyqırım” anlayışı da buradan yarandı. İndi həmin ermənilərdən təxminən 60-70 mini Türkiyədə yaşayır. Bəs niyə soyqırım yoxdur?! Azərbaycanla müharibədə təxminən 10 min nəfər erməni ölüb. 1,5 milyonla 10 min arasında isə 150 dəfəlik bir fərq var. Bununla da, ən azı riyazi baxımdan, Azərbaycanın erməniləri “soyqırıma” məruz qoya bilməsi iddiası iflasa uğrayır.
“Problem”in coğrafi konteksti də diqqət çəkir.
Niyə Gürcüstanda, Rusiyada, İranda erməni ilə birgə yaşayan azərbaycanlı ermənini öldürmür? Məhz Azərbaycan torpağında erməni öldürməlidir? Türkiyə torpağında da öldürülmür, Azərbaycan torpağında isə öldürülməlidir?
Tutaq ki, Nikol kütdür, “erməni soyqırımı”nın mahiyyətini başa düşmür, yeni modifikasiya yaratmaq istəyir, amma hələ ki, yarada bilməyib. Ruben Vardanyan isə intellektualdır: 1,5 milyon erməni 100 il bundan əvvəl “qırılarkən” ermənilərə yardım göstərənlərlə bağlı “Avrora” prizi təsis edib. “Avrora” mükafatı erməniyə yardım göstərən osmanlı türkünü də şamil olunur.
Qarabağda isə Vardanyan “Qarabağ ermənisi azərbaycanlılarla danışığa getməməlidir” tezisini ortaya atıb. Burada da rəqəm, coğrafiya və yeni keyfiyyət üzə çıxır. Erməninin bu vaxta qədər gördüyü işlər R.Vardanyanda öz təcəssümünü tapır. Çünki N.Paşinyan İcevandan kənara çıxmamış adamdır. Amma milyarder R.Vardanyan bütün dünyanı gəzib və iri layihələr həyata keçirir. İkincis keyfiyyət və yanaşma da mümkündür. Bu da avropalıların böyük əksəriyyətinin ermənilərin uydurduqlarına inanmalarıdır. Təəssüf ki, ağıllarını işə salıb, ermənilərin dediklərini təhlil etmirlər.
Vaxtilə Avropa Şurası Cənubi Qafqazın tarixini birgə yazmaq üçün qrant ayırdı və bu layihə ətrafında 5 il danışıq gedəndən sonra, Ermənistan tarixçiləri bundan imtina etdilər. İndi avropalı siyasilər hay-küy salmaq əvəzinə o layihəni yenidən aktivləşdirsələr daha çox fayda vermiş olarlar.
Bütün işlərin arxasında Azərbaycana torpaq iddiaları dayanır.
Ermənilər öz xəstə təxəyülləri çərçivəsində İran ərazisindəki imperiyalara xidmət etsələr də, əvəzində bir şey qazana bilmədilər. Avropanı Osmanlı imperiyasının altına yıxdılar, amma torpaq əldə edə bilmədilər. Çar Rusiyası onları Osmanlıya qarşı qaldırdı, əvəzində torpaq verdi. Amma ermənilərin düşüncəsinə görə, az verdi. İndi yeganə “ümid”ləri yenə də Azərbaycan torpağıdır. Qarabağ əllərində qala bilən axırıncı torpaq ola bilər. Bunu itirsələr, tarixi torpaq iddiası Ermənistanın içərilərinə sirayət edəcək. Deməli, məsələ torpaq davasıdır və “erməni soyqırımı” anlayışı da məhz bundan qaynaqlanır.
Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri
Teqlər: