Azərbaycana gələn avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb

   Azərbaycana gələn avropalıların sayı artıb,    ərəblərin sayı isə azalıb
  03 Avqust 2023    Oxunub:1396
Azərbaycana gələn turistlərin ölkə mənşəyində də dəyişiklik qeydə alınır. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O qeyd edib ki, Azərbaycana gələn Avropalıların sayı artıb, ərəblərin sayı isə azalıb.

"Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub.

Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər".

AzVision.az


Teqlər:





Xəbər lenti