Xaçmazda yol qəzası: 1 ölü, 3 yaralı

AzVision.az anspress-ə istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, Ceyhun Ağayar oğlu Quliyevin idarə etdiyi 90 AU 754 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomaşınla Fərhad Heydər oğlu Əmrahovun idarə etdiyi “Opel” markalı 10 NM 613 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində “Opel”in sərnişini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Niyazabad kənd həkim məntəqəsinin feldşeri Müqəddəs Müntaha oğlu Tahayev hadisə yerində dünyasını dəyişib.
Daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz MRX-na yerləşdirilib. Onlar “Chevrolet”in sürücüsü C.Quliyev, “Opel”in sürücüsü, Əmrahov Fərhad Heydər oğlu və sərnişini, Tahayeva Sürməxanım Naseh qızıdır. Xəsarət alanların vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, “Opel”in sürücüsü F.Əmrahov Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin giziridir.