Quterreş: "BMT Suriyadakı hadisələrdən narahatdır"

      Quterreş:    "BMT Suriyadakı hadisələrdən narahatdır"
  11 Mart 2025    Oxunub:778
BMT-nin baş katibi Antonio Quterreş Suriyada artan zorakılıq və münaqişədən narahatlığını ifadə edib.
AzVision.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik deyib ki, Suriyada axan qan dərhal dayandırılmalı və pozuntulara görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir.

BMT rəsmiləri bildiriblər ki, ölkədəki icmaların narahatlıqları birmənalı şəkildə həll edilməlidir. BMT məhkəmədənkənar qətl hadisələrinin artması və BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin (UNRWA) əməkdaşının ölümündən narahatdır.

UNRWA-nın baş komissarı ötən həftə Homs və Latakiya arasında baş verən toqquşmalar zamanı agentliyinin əməkdaşlarından birinin evə qayıdarkən atəşə tutulduğunu açıqlayıb.

Suriya rəsmiləri Latakiya yaxınlığındakı ələvilərin məskunlaşdığı ərazidə Əsəd tərəfdarı qruplara edilən hücumun yatırıldığını açıqlayıb. Qarşıdurmalarda hər iki tərəfdən çoxlu sayda insanın öldüyü bildirilir.
Müvəqqəti hökumətin lideri Əhməd əl-Şaraa mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı bütün insan haqları pozuntularının müstəqil şəkildə araşdırılacağını açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti