Elmira Süleymanova gənclərə tövsiyə edir ki,...

Elmira Süleymanova gənclərə tövsiyə edir ki,...
  15 İyun 2014    Oxunub:926
İnsan Hüquqları üzrə müvəkkil Elmira Süleymanova Praqa şəhərində “Əhali və inkişaf üzrə dialoq: Şərqi Avropa və Mərkəzi Asiyanın inkişafı naminə insan kapitalının qurulması” mövzusunda beynəlxalq konfransda iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, BMT-nin Əhali Fondunun (UNFPA) təşkilatçılığı və Çexiya Xarici İşlər Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirə müxtəlif ölkələrin təmsilçiləri, nazirlər, yüksək səviyyəli rəsmilər və region üzrə ekspertlər qatılıblar.

Konfransın məqsədi mövcud demoqrafik dəyişikliklərin regionda cəmiyyətə çatımlılığının genişləndirilməsinə yönəlmiş təşəbbüslərin inkişafı üçün məsul rəsmilər və ekspertlər arasında dialoqun başlanmasını təmin etməkdən, o cümlədən Əhali və İnkişaf məsələləri üzrə Qahirə Konfransının Fəaliyyət Proqramının, digər mühüm beynəlxalq sənədlər və alətlərin əsas prinsiplərini əks etdirən milli siyasətə əsaslanaraq ən optimal təsir yollarının araşdırılmasından ibarət olub. İştirakçı ölkələr bu istiqamətdə əldə etdikləri nəticələr, yeniyetmə və gənclər, ailə, gender bərabərliyi və doğum əmsalı məsələləri üzrə müzakirələr aparıblar. E.Süleymanova “Gənclərə investisiya – inkişaf məqsədlərinə nail olmağın açarıdır” mövzusunda plenar iclasdakı çıxışında “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrası çərçivəsində görülən işlərdən danışıb.

E. Süleymanova bildirib ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası da böyük əhəmiyyət daşıyır. Ombudsman çıxışında Azərbaycanda nikaha daxil olan vətəndaşların tibbi, tibbi-genetik müayinə və məsləhət almaq hüququnun təmin edilməsi, gənclər üçün anonim fəaliyyət göstərən genetik məsləhətxanaların təşkili, vətəndaşların, xüsusilə yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıq, cinsi tərbiyə və ailə planlaşdırılması sahəsində biliklərinin artırılması, milli xüsusiyyətlərimizə uyğun olaraq ölkədə yayılması, habelə erkən nikahlar, selektiv abortların aradan qaldırılması məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə maarifləndirmə tədbirlərinin, treninq-seminarların keçirilməsi, hüquqi nəşrlərin və TV proqramlarının hazırlanması ilə bağlı tövsiyələr irəli sürdüyünü də diqqətə çatdırıb.


Teqlər:





Xəbər lenti