NATO prezidenti Qarabağdan danışdı: “Bu mümkün deyil”

Onun fikrincə, bu seminar parlament dialoqundan istifadə edilməsinə imkan verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bildirən NATO PA-nın prezidenti deyib ki, bu problemi müharibə yolu ilə həll etmək mümkün deyil: "Azərbaycan mürəkkəb regionda yerləşir. Dağlıq Qarabağ münaqişəsini müharibə yolu ilə həll etmək mümkün deyil. Bunu kompromislər yolu ilə həll etmək lazımdır.
NATO özü bu prosesdə iştirak etməsə də, qarşılıqlı anlaşmaya nail olmaq üçün səylərini davam etdirəcək".
H.Beyli qeyd edib ki, NATO tərəflər arasında etibarın yaradılmasının vacib hesab edir. Bu səbəbdən o, Ermənsitan parlamentinin nümayəndələrinin Bakıda iştirakını təqdirəlayiq hal hesab etdiyini deyib.