Müdafiə Nazirliyi erməniləri təkzib etdi

Müdafiə Nazirliyi erməniləri təkzib etdi
  20 İyun 2014    Oxunub:942
Müdafiə Nazirliyindən Azərbaycan kəşfiyyat-diversiya qrupunun Xocavənd rayonu istiqamətində hücuma keçmələri haqqında Ermənistan mətbuatında yayılan xəbərlərlə bağlı açıqlama verilib.
Nazirliyin mətbuat xidmətindən Anspress-ə bildirilib ki Ermənistan mətbuatında yayılan xəbərlər həqiqət deyil: “Qoşunların təmas xəttində heç bir hərəkət olmayıb”.

Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycan kəşfiyyat-diversiya qrupunun Xocavənd iqtiqamətində diversiya həyata keçirdiyini və nəticədə müqavilə əsasında xidmət edən erməni hərbçi Narek Poqosyanın öldürülməsi xəbərini yaymışdı.



Teqlər:





Xəbər lenti