Sərsəng problemi AŞPA-da

Sərsəng problemi AŞPA-da
  21 İyun 2014    Oxunub:1164
23-27 iyun tarixlərində keçiriləçək Avropa Şurası Parlament Assambleyasıının (AŞPA) gündəliyinə Sərsəng su anbarının istifadəsi məsələsi də daxil edilib.
AzVision.az-ın məlumatına görə, bu barədə erməni KİV-nə müsahibəsində AŞPA-dakı erməni nümayəndə heyətinin üzvü Naira Zöhrabyan bildirib.

Zöhrabyanın sözlərinə görə, Azərbaycan tərəfi AŞPA Bürosunun Sosial Məsələlər üzrə Komissiyasına Qarabağda yerləşən Sərsəng su anbarı ilə bağlı layihə hazırlanması barədə tapşırıq verməsinə nail olub: “Azərbaycan tərəfi “Dağlıq Qarabağ Respublikası”nın Sərsəng su anbarını suyunun bağlanması və bunun nəticəsində də bura yaxın ərazilərin susuz qalması barədə əsassız məlumatlar təqdim edib”.

Zöhrabyanın sözlərinə görə, o, bu barədə “Dağlıq Qarabağ Respublikası”nın baş naziri ilə fikir mübadiləsi aparıb və AŞPA-nın sessiyası zamanı Sərsəng su anbarı ilə bağlı bir neçə təkliflə çıxış edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti