Nağıllardakı "sehrli güzgü" real oldu - VİDEO

Nağıllardakı "sehrli güzgü" real oldu    - VİDEO
  09 Yanvar 2024    Oxunub:1756
Kanadanın "NuraLogix medtech" şirkəti CES 2024 sərgisində maraqlı cihaz təqdim edib.
CNET-in yaydığı məlumata görə, "Anura MagicMirror" adlanan bu "sehrli güzgü" insanın üzünü, həmçinin dəri altındakı bəzi qan damarlarını skan edərək əldə edilən məlumatlar əsasında onlarla xəstəliyin əlamətlərini müəyyənləşdirir.

Çində ölüllər süni intellektlə canlandırılır
"Anura MagicMirror" 21,5 düymlük ekrana, kameralara və digər sensorlara malik masaüstü cihazdır. O, ilk növbədə qan axınını yoxlayaraq, insanın üzünü skan edir. "Sehrli güzgü" üz damarlarını aşkarlamaq üçün patentləşdirilmiş transdermal optik görüntüləmə texnologiyasından istifadə edir.

"NuraLogix" isə bəyan edib ki, "MagicMirror" qan təzyiqi, bədən kütləsi indeksi, ürəyin ritmindəki dəyişikliklər, döyüntülər, tənəffüs problemləri və üz dərisinin yaşı haqqında məlumat verə bilər. Cihaz həmçinin diabet, ağır ürək xəstəlikləri, insult, hipertoniya, qaraciyərin piylənməsi və s. xəstəliklərə dair risk qiymətləndirmələrini təqdim edə bilər. Bundan başqa, "sehrli güzgü" psixi sağlamlıq riskinin qiymətləndirilməsini də təklif edir.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Cihaz   Güzgü  





Xəbər lenti