227 saat yemək bişirərək dünya rekordunu təzələdi

   227 saat yemək bişirərək dünya rekordunu təzələdi
  11 Yanvar 2024    Oxunub:1372
Qanalı aşpaz Failatu Abdul-Razak 227 saat dayanmadan yemək bişirirəm dünya rekordçusu irlandiyalı Alan Fişeri keçib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Qananın şimalındakı Tamale şəhərində yanvarın 1-dən yemək marafonuna başlayan aşpaz Failatu Abdul-Razak yanvarın 10-dək 227 saat boyunca yemək hazırlayıb. O, bu nailiyyəti ilə 2023-cü ilin noyabrında irlandiyalı aşpaz Alan Fişerin 119 saat 57 dəqiqə ərzində yemək bişirmə rekordunu təzələyib.

Rəsmi Ginnesin Rekordlar Kitabından isə qeyd edilib ki, onlar dəlilləri nəzərdən keçirməyi səbirsizliklə gözləyirlər.

Abdül-Razakın bişirdiyi yeməklərin bölgədəki ehtiyacı olanlara çatdırılıb. O, Qananın yemək mədəniyyətinin dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti