Dünyada xərçəng xəstəliyi gənclər arasında sürətlə artır

   Dünyada xərçəng xəstəliyi gənclər arasında sürətlə artır
  12 Yanvar 2024    Oxunub:1801
Dünyada xərçəngə yoluxanların sayı artır və daha çox gənclərə bu diaqnoz qoyulur.
AzVision.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" BMJ Oncology jurnalında dərc olunmuş araşdırmaya istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-da 20 il ərzində xərçəng diaqnozunun göstəricisi 12,8% artıb. Tədqiqat həmçinin bütün dünyada, ilk növbədə Şimali Amerika, Avstraliya və Qərbi Avropada 50 yaşdan aşağı xərçəng xəstələrinin sayının kəskin artdığını göstərib.

"Ola bilsin ki, bu, ətraf mühitin dəyişməsi, yeməklərimizdə, dərmanlarımızda hələ müəyyən etmədiyimiz bir şeylər var”, WSJ Nyu-Yorkdakı Memorial Sloan Kettering Xərçəng Mərkəzində mədə-bağırsaq xərçənginin erkən təzahürləri olan xəstələr üçün proqramın rəhbəri Andrea Çerçekdən sitat gətirib.

Məqalədə deyilir ki, bu, tibb mütəxəssislərini çıxılmaz vəziyyətə salır. Həkimlər səbəblərin həyat tərzinin dəyişməsində - qeyri-kafi fiziki aktivlik, çoxlu sayda yüksək emal olunmuş qidalar, yeni toksinlərin, mikroplastiklərin meydana çıxması və obez insanların sayının artmasında görürlər. Eyni zamanda, mütəxəssislər piylənmə və həyat tərzinin xəstələyin yaranmasında tam təsirini izah edə bilmirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti