Soya xərçəngə qarşı

  Soya xərçəngə qarşı
  12 Yanvar 2024    Oxunub:1811
Soya və digər bitkilərdən əldə edilən təbii birləşmələr süd vəzi xərçənginin təkrarlanma riskini azaldır və xəstələrin sağ qalma şansını artırır.
Cons Hopkins Universitetinin alimləri belə bir nəticəyə gəliblər. Araşdırmanın nəticələri JNCI Cancer Spectrum jurnalında dərc olunub.Müəlliflər soya, kələm və yaşıl çay istehlakının döş xərçənginin təkrarlanmasına və bütün səbəblərdən ölüm hallarına təsirini araşdıran 22 tədqiqatın meta-analizini aparıblar.



Məlum olub ki, soya izoflavonlarını gündə 60 milliqram qəbul etmək döş xərçənginin təkrarlanma riskini 26% azaldır. Bu, gündə iki-üç stəkan soya südünə, 90 qram tofuya və ya yarım stəkan bişmiş soya lobyasına bərabərdir. Nəticələr postmenopozal qadınlar arasında daha çox nəzərə çarpıb.

Bundan əlavə, yaşıl çay içmək süd vəzi xərçənginin I və ya II mərhələsi olan qadınlarda xəstəliyin təkrarlanma riskini 44% azaldır. Ən böyük təsir gündə üç-beş stəkan içdikdə müşahidə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti