Geyiminizə diqqət edin: Köynək gözü pisləşdirir, ətək isə bel ağrısı yaradır

      Geyiminizə diqqət edin:    Köynək gözü pisləşdirir, ətək isə bel ağrısı yaradır
  15 Yanvar 2024    Oxunub:1419
Keyfiyyətli araşdırmalar göstərir ki, karandaş ətək geyinmək bel ağrısı yaradır, yanlış köynək geyinmək görmə qabiliyyətini zəiflədir, büstqalter taxmaq infarkt kimi simptomlara səbəb ola bilər, sıxıcı paltar geyinmək isə infarkt riskini artırır.
Bu barədə Daily Mail məlumat yayıb. “Neuroradiology” jurnalında dərc edilən bir araşdırma, qalstuk taxmağın beyinə qan axını poza biləcəyini müəyyən edib. Eksperimentdə alimlər 30 sağlam kişini iki qrupa ayırıblar: bəziləri qalstuk taxıb, ikincisi isə yox. MRT müayinəsi qalstuk taxarkən qan axınının 7,5% azaldığını göstərib: boyun venasını və yuxu arteriyasını sıxıb.

“BMJ”də dərc olunan başqa bir araşdırma, çox sıx qalstuk taxmağın göz içi təzyiqini artıra biləcəyini göstərib. Bu, optik sinirin zədələnməsinə səbəb olur və potensial olaraq görmə qabiliyyətini poza bilər. Amerikalı tədqiqatçılar həmçinin müəyyən ediblər ki, kişilərin 67%-i boyunlarına görə çox kiçik olan köynəklər geyinirlər ki, bu da onların görmə qabiliyyətini bir qədər pozur. Buna görə də, uyğun gələn köynəklər geyinmək vacibdir.



Qadınlarda yeriyərkən ayaqların hərəkətini məhdudlaşdıran karandaş ətəklər bel nahiyəsində təzyiqi artırır. Bu, xüsusilə dabanlarla birləşdirildikdə bel və omba ağrılarına səbəb ola bilər. Buna görə də ətəkləri yarıqlı və ya elastik parçadan seçmək daha yaxşıdır. Bundan əlavə, uyğun olmayan büstqalter taxmaq qabırğalardakı qığırdaqların iltihabına səbəb ola bilər ki, bu da döş qəfəsinin ön hissəsində kəskin ağrı kimi hiss olunur və bəzi insanlar bunu infarktla səhv salırlar.

Bundan əlavə, “Navarra” Universitetinin alimlərinin apardığı təcrübə göstərib ki, dar idman geyimi 60 yaşlı insanlarda bədən istiliyini və ürək döyüntüsünü həddindən artıq artırır, infarkt riskini artırır.

AzVision.az


Teqlər:





Xəbər lenti