Finlandiyaya genişmiqyaslı tətil: Bir çox sahələr işləməyəcək

      Finlandiyaya genişmiqyaslı tətil:    Bir çox sahələr işləməyəcək
  01 Fevral 2024    Oxunub:793
Finlandiyada əmək bazarı islahatlarına qarşı fevralın 1-də planlaşdırılan həmkarlar ittifaqı tətili ölkə həyatının demək olar ki, bütün sahələrini əhatə edəcək və iqtisadiyyata 360 milyon avroya başa gələcək.
Tətildə 200 min insan iştirak etmək niyyətindədir. Ölkədə bir sıra müəssisələrin işi dayanacaq, pərakəndə satış mağazaları və ərzaq şəbəkələri bağlanacaq, ictimai nəqliyyat dayanacaq.

Bundan əlavə, Finlandiyada otellər, restoranlar, banklar, təmizlik şirkətləri, poçt şöbələri və çatdırılma xidmətləri fəaliyyət göstərməyəcək.
Ölkənin demək olar ki, bütün hava limanlarında hava hərəkəti dayandırılacaq. Finlandiya iqtisadçılarının fikrincə, tətil nəticəsində ölkə 360 milyon avro zərər görəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti