Qərb Budapeşti sıxışdırır: Ukrayna üçün “B” planı hazırlanıb

      Qərb Budapeşti sıxışdırır:    Ukrayna üçün “B” planı hazırlanıb
  01 Fevral 2024    Oxunub:1175
Macarıstanın baş naziri Viktor Orban Ukraynaya 50 milyard avro məbləğində yardım paketinin ayrılmasına mane olarsa, Avropa Birliyi ölkələri Brüssel və Budapeşt arasında müvəqqəti razılaşma əldə etməyə çalışan nümayəndələrin yeni görüşü zamanı Avropa Sülh Fonduna maliyyə dəstəyinin artmasını dəstəkləyəcək.
Bu barədə “Politico” diplomatik mənbələrə istinadən xəbər verib. Bu plan fondun büdcəsinin mümkün qədər tez 5 milyard avro həcmində artırılmasını təsdiq edib razılaşdırmaq və Ukrayna ordusu üçün Avropadan birgə silah alışına keçməkdən ibarətdir.

Əvvəlcə bu qərarı qəbul etməyən Macarıstan sülh fondunun silah tədarükü üçün uyğun ola biləcək yeni alt bölməsinin - “Ukraynaya Yardım Fondu”nun yaradılması ilə bağlı mövqeyini yumşaldıb. Eyni zamanda diplomatlar qeyd ediblər ki, bu planı təsdiqləmək üçün bütün Aİ ölkələri üçün hələ çox iş görülməlidir.

Qeyd edək ki, artıq Avropa İttifaqı Şurasının iclasından əvvəl Aİ liderləri Macarıstan Baş naziri Viktor Orbanla görüşüb. Görüşdə Aİ Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Olaf Şolts, İtaliya Baş naziri Giorgia Meloni və Macarıstan Baş naziri Viktor Orban iştirak edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti