"Əl-Nücəba": ABŞ qüvvələrinə qarşı hücumları davam etdirəcəyik

      "Əl-Nücəba":    ABŞ qüvvələrinə qarşı hücumları davam etdirəcəyik
  02 Fevral 2024    Oxunub:1348
"ABŞ qüvvələri İraqdan çəkilənə və Qəzza müharibəsi bitənədək onlara qarşı hücumlara həyata keçiriləcək".
AzVision.az xəbər verir ki, İranın dəstəyi ilə İraqda fəaliyyət göstərən "Əl-Nücəba" terror təşkilatının lideri Əkrəm Əl-Kəəbi bu barədə bəyanat yayıb.

O bildirib ki, Vaşinqtonun İordaniya-Suriya sərhədində üç əsgərinin öldürülməsinə cavabən hücum təhdidinə baxmayaraq, qruplaşma Yaxın Şərqdəki ABŞ qüvvələrinə hücumları səngitməyəcək.
ABŞ Yaxın Şərqdə əməliyyata başlayır

"ABŞ-nin istənilən zərbəsinə lazımi cavab veriləcək", - Əl-Kəəbi bildirib.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi də oxşar məzmunlu açıqlama verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İraq   İran   Nücəba   hücum  





Xəbər lenti