41 yaşlı rus qadın 12-ci dəfə ana oldu

41 yaşlı rus qadın 12-ci dəfə ana oldu
  05 Fevral 2024    Oxunub:1544
Moskva yaxınlığındakı Litkarinoda yaşayan 41 yaşlı qadın 12-ci övladını dünyaya gətirib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar Analıq və Uşaqlığın Müdafiəsi üzrə Moskva Regional Mərkəzinin mətbuat xidmətinə istinad ediblər.

Həkimlərin sözlərinə görə, qadın çəkisi 3450 qram, boyu 52 santimetr olan oğlan uşağı dünyaya gətirib. Uşağa Nataniel adı verilib. Bu isə rus dilinə "Allahın hədiyyəsi" kimi tərcümə olunur.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti