"Əsrin fəlakəti" ndən keçən 365 gün - FOTOLAR

    "Əsrin fəlakəti" ndən keçən 365 gün -    FOTOLAR
  06 Fevral 2024    Oxunub:960
Əsrin fəlakətindən bir il keçir. Türkiyə hələ də 11 vilayəti silkələyən və 14 milyon insanın birbaşa təsirinə məruz qalan zəlzələlərin yaralarını sağaltmağa çalışır. Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən iki zəlzələ 500 atom bombası gücünə sahib idi. 7,7 və 7,6 bal gücündə iki zəlzələ ilə Türkiyə tarixinin ən böyük fəlakətini və ən böyük həmrəyliyini yaşadı.
AzVision.az xəbər verir ki, xilasetmə işləri çərçivəsində bölgədə 11 min 488-i beynəlxalq, 35 min 250-si axtarış-xilasetmə və 142 min təhlükəsizlik işçisi olmaqla cəmi 650 min personal çalışıb.

Zəlzələnin Kahramanmaraşla yanaşı, Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığda da vurduğu fəlakətdə 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb. Türkiyənin 4-cü səviyyəli xəbərdarlıq elan etdiyi zəlzələdən sonra aralarında beynəlxalq yardım da daxil olmaqla, 93 ölkədən axtarış-xilasetmə qrupları bölgədəki işlərə qatılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkəyə gedərək zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək göstəriblər.

120 min kvadratkilometr sahədə 14 milyon vətəndaşa birbaşa təsir edən zəlzələlər 11 vilayət, 124 rayon, 6 min 929 kənd və məhəllədə ağır dağıntılara səbəb olub.
Ölkə ərazisində 7 günlük milli matəm, zəlzələ bölgəsində isə fövqəladə vəziyyət elan edilib.
















Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti