"Məni həbs edəcəklər" - Koçaryanın oğlu

   "Məni həbs edəcəklər"    - Koçaryanın oğlu
  06 Fevral 2024    Oxunub:969
“Dünən mən və dostum, Ermənistan Pauerliftinq Federasiyasının baş katibi Sergey Asaturov “siyasi təqib” işi üzrə İstintaq Komitəsinə çağırıldıq. Biz ittihamlara edilən dəyişikliklər barədə məlumatlandırıldıq".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın eks-prezidenri, hərbi cani Robert Koçaryanın oğlu, "Hayastan" fraksiyasından olan deputat Levon Koçaryan deyib.

Robert Köçəryanın oğlu saxlanıldı
“İş” məhkəməyə göndərilib. Məhkəmə iclasları açıq keçiriləcək. Sadəcə olaraq bu saxta, boş işi məhkəməyə təqdim edən prokurora yazığım gəlir. Ölkəmizin vergi ödəyiciləri bu cəfəngiyyatı yaratmaq üçün prokurorlara və müstəntiqlərə pul ödəyirlər."

Jurnalistin "sizcə, prokurorun yenidən həbs olunmağınızla bağlı parlamentə vəsatət verməsi mümkündürmü?" sualına Robert belə cavab verib: "Hesab edirəm ki, bu, hüquqi baxımdan absurddur. Lakin siyasi baxımdan mümkündür."

Köçəryanın döyülməsi faktı ilə bağlı başlanan işə gəlincə, deputat qeyd edib ki, indiyədək heç kim ittiham olunmayıb.

Xatırladaq ki, Levon Koçaryan 2023-cü ilin sentyabrında İrəvanın mərkəzində hökumət əleyhinə etiraz aksiyaları zamanı həbs edilib. O, polis əməkdaşlarını döyməkdə ittiham olunub. Noyabrın əvvəlində Armen Çarçyan deputat mandatından imtina etdikdən sonra Hayastan seçki siyahısından növbəti üç namizəd də imtinaya getdi. Ona görə də növbə Koçaryana çatdı və o, mandat alaraq həbsə düşməkdən qurtuldu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti