Şolz Vaşinqton səfərindən öncə Baydeni təriflədi

Şolz Vaşinqton səfərindən öncə Baydeni təriflədi
  08 Fevral 2024    Oxunub:903
Almaniya kansleri Olaf Şolz Vaşinqtona səfərindən əvvəl Baydendən danışıb.
O, “Wall Street Journal”da dərc olunan məqalədə yazıb ki, ABŞ prezidenti Cozef Bayden Ukraynaya dəstək məsələsində mühüm rol oynayıb: "Prezident Baydenin rəhbərliyi Qərbin Ukraynaya dəstəyində həlledici idi".

Şolzdan nasizm xəbərdarlığı - Almaniya keçmişdən dərs almayıb?
O, həmçinin vurğulayıb ki, Avropa İttifaqı (Aİ) və ümumilikdə quruma üzv dövlətlər Ukraynada müharibə başlayandan bəri bu ölkəyə 91 milyard dollardan çox sərmayə yatırmaqla “Kiyevə ən böyük maliyyə dəstəyini” veriblər.

Kansler əlavə edib ki, Aİ-nin dəstəyinə baxmayaraq, “Ukrayna tezliklə ciddi silah və sursat çatışmazlığı ilə üzləşə bilər”.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Ukrayna   Şolz  





Xəbər lenti