Şolts: "ABŞ olmadan Ukraynanın vəziyyəti çətin olacaq"

      Şolts:    "ABŞ olmadan Ukraynanın vəziyyəti çətin olacaq"
  09 Fevral 2024    Oxunub:1178
ABŞ olmadan Ukraynanın vəziyyəti çətin olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts "n-tv" kanalına müsahibəsində bildirib.

O bildirib ki, Avropa da Ukraynaya yardım göstərməyə davam edir.

“Ümid edirəm ki, Konqres Kiyevə yardımın ayrılması haqqında qərar qəbul edəcək. Buna görə də biz Ukrayna ilə həmrəyliyimizi hərəkətlərimizlə ifadə etməliyik. Müharibə istənilən vaxt başa çata bilər. Rusiya özü müharibəyə son qoymalı və sülh üçün şərait yaratmalıdır”, - deyə Şolts bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti