Millimizin "FIFA series – Edition 2024" layihəsi üçün heyəti müəyyənləşib
Toplanışa ümumilikdə 28 futbolçu dəvət olunub. Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat siyahıda yer alıb.
Millinin heyəti: Şahruddin Məhəmmədəliyev (“Adana Demirspor”, Türkiyə), Səlahət Ağayev (“Səbail”), Rza Cəfərov (“Neftçi”), Aleksey İsayev (“Qarabağ”), Amin Seydiyev (“Sabah”), Bəhlul Mustafazadə (“Qarabağ”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Eddi İsrafilov (“Neftçi”), Elvin Camalov (“Sabah”), Elvin Cəfərquliyev (“Qarabağ”), Emin Mahmudov (“Neftçi”), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland), Qismət Alıyev (“Zirə”), Rahil Məmmədov (“Lodz”, Polşa), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə), Renat Dadaşov (“Hatayspor”, Türkiyə), Toral Bayramov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”, Türkiyə), Bədavi Hüseynov (“Qarabağ”), Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə), Filip Ozobiç (“Neftçi”), Emil Mustafayev (“Polissya”, Ukrayna), Ceyhun Nuriyev (“Zirə”)
Ehtiyat oyunçular: Murad Xaçayev (“Sumqayıt”), Rövlan Muradov (“Sumqayıt”), Orxan Əliyev (“Araz-Naxçıvan”), Rüfət Abdullazadə (“Səbail”).
Azərbaycan yığması turnirdəki ilk matçını martın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustan seçməsinə qarşı keçirəcək. Görüş saat 20:00-da baş tutacaq. Kollektiv martın 25-i eyni saatda və eyni məkanda Bolqarıstanla üz-üzə gələcək.
AzVision.az
Teqlər: idman futbol FIFA heyət