İğdırda Naxçıvanla bağlı fotosərgi açılıb - FOTOLAR

   İğdırda Naxçıvanla bağlı fotosərgi açılıb -    FOTOLAR
  16 Mart 2024    Oxunub:1423
Türkiyənin İğdır şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olub.
AzVision.az xəbər verir ki, Türkiyənin Naxçıvandakı baş konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil edilən sərgidə "Şərq qapısı" qəzetinin fotoqrafları Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alıb.

Açılışdan əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı Günay Malikqızı, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Türkiyənin İğdır vilayətinin valisi Ercan Turan, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin rəisi Vüsal Ələkbərli, İğdırın deputatı Can Alagöz, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, "Şərq qapısı" qəzetinin baş redaktoru Sara Əzimova, İğdır Azərbaycan Evinin rəhbəri və Beynəlxalq Qarabağ Təşkilatının koordinatoru Ziya Zakir Acar çıxış ediblər.

Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla, Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılıb. Həmçinin İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı baş konsulu, hökumət və media nümayəndələri də iştirak ediblər.

Böyük maraqla qarşılanan sərgi 3 gün davam edəcək.

AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   Naxçıvan   sərgi  





Xəbər lenti