Gəncədə caz axşamı keçirilib - FOTOLAR

Gəncədə caz axşamı keçirilib -    FOTOLAR
  19 Mart 2024    Oxunub:1380
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası ilk dəfə "Caz axşamı" layihəsini təqdim edib.
Gəncə Dövlət Filarmoniyasından AzVision.az -a verilən xəbərə görə, filarmoniyanın direktoru Əməkdar artist Ramil Qasımov giriş sözü ilə açaraq bəstəkar, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin 84 illiyinə həsr olunmuş gecənin keçirilməsinin heç də təsadüfi olmadığını qeyd etdi. O, bu gün caz sənətini dünyanın müxtəlif ölkələrində təmsil və təbliğ edən Vaqif Mustafazadənin müasirlərinin bu kimi layihələrin keçirilməsinə əminlik yaratdığını vurğulayıb.

Əməkdar artist Emil Əfrasiyab səhnəyə çıxaraq tamaşaçılara minnətdarlığını bildirdi. O, şəhid və qazi ailələri qarşısında çıxış etməkdən şərəf duyduğunu qeyd edib.

Xalq artisti Azərbaycan Milli Konservatoriyasının rektoru, "Şöhrət" və "Şərəf" ordenli Siyavuş Kərimi çıxış edərək Emil Əfrasiyabın müasir caz sənətində böyük töhfələri verdiyini vurğulayıb.

Konsert proqramında həmçinin Xalq artisti, "Qaytağı" instrumental ansamblı,bədii rəhbəri Ənvər Sadıqov və Əməkdar artist Abbas Bağırov ifa edib.

Gecədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

AzVision.az

Qalereya




Teqlər: Gəncə   filarmoniya   konsert   caz  





Xəbər lenti