"Run for Art" fotomüsabiqəsinin qalibləri müəyyənləşib

"Run for Art" fotomüsabiqəsinin qalibləri müəyyənləşib
  25 Mart 2024    Oxunub:2011
Culio Onesti Fondu "Run for Art" beynəlxalq fotomüsabiqəsinin qaliblərini elan edib.
AzVision.az xəbər verir ki, "Run for Art" beynəlxalq fotomüsabiqəsinin qalibləri arasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) əməkdaşı Mirağa Əliyev də var. O, "Gələcəkdə idman və ətraf mühit”" kateqoriyasında "Olimpiya Günü" fotosu ilə I yerə layiq görülüb.

"Run for Art" gənc fotoqraflar üçün Culio Onesti Fondu tərəfindən hazırlanmış beynəlxalq fotomüsabiqədir. Müsabiqənin məqsədi bədii fotonun yaradıcı enerjisini, idmanın əzmini, yəni incəsənətlə idmanı birləşdirməkdir. Müsabiqə dünyanın hər ölkəsindən həvəskar və peşəkar fotoqraflar üçün nəzərdə tutulub.

AzVision.az


Teqlər: fotoqrafiya   müsabiqə   qalib  





Xəbər lenti