Ardınca konsert təqdim olunub. Morgenland Akademiyasının alman tələbələri və azərbaycanlı gənc musiqiçilərinin ifasında alman bəstəkarlarının əsərləri və xalq mahnılarımız üzərində qurulan caz kompozisiyaları böyük maraqla qarşılanıb.
Yaxın Şərq mədəniyyətinə həsr olunan festivalın əsas aksiyalarından biri 14-20 yaş arası gənc musiqiçilər üçün nəzərdə tutulmuş Morgenland Akademiyasıdır. Professional musiqiçilərin rəhbərliyi altında birhəftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya musiqisi ilə tanış olurlar. Akademiya məzunlarından ibarət "Morgenland gəncləri" ansamblı mütəmadi layihə və konsertlər təşkil edir. "Morgenland Odlar Yurdu ilə görüşür" layihəsinin rəhbəri Salman Qəmbərov artıq 2009-cu ildən bu festivalda iştirak edir. Hər il festival çərçivəsində gənclər üçün ustad dərsləri təşkil olunur. Bu il festivalın təşkilat komitəsi layihəni ona həvalə edib.
AzVision.az