İspaniyada 634 kq kokain ələ keçdi

İspaniyada 634 kq kokain ələ keçdi
  23 Aprel 2024    Oxunub:754
İspaniya Mülki Qvardiyası Əndəlus muxtariyyətində narkotik alveri ilə məşğul olmaqda şübhəli bilinən 63 nəfəri saxlayıb.
Bu barədə krallığın hüquq-mühafizə orqanlarının bəyanatında deyilir. Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik vasitələrin daşınması üçün 13 qayığı müsadirə edib.

Qayıqlarda 12 tondan çox həşiş və 634 kq kokain olub. Əməliyyatın hələ başa çatmadığı qeyd edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti