İki nəfərin ölümü qidadan olmayıb: Agentlik təkzib etdi

   İki nəfərin ölümü qidadan olmayıb:    Agentlik təkzib etdi
  07 May 2024    Oxunub:1226
Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində yerləşən iaşə obyektlərindən birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən AzVision.az -a bildirilib.

Bakıda hoteldə zəhərlənən 4 nəfərdən 2-si öldü - YENİLƏNİB
Qeyd edilib ki, həmçinin Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsindən Agentliyə verilən tibbi sənədə əsasən, həmin şəxslərin səhhətində yaranan problemin qida zəhərlənməsi ilə bağlı olmadığı öz təsdiqini tapıb: "Bununla bağlı bildiririk ki, bu cür hallarda rəsmi qurumla dəqiqləşdirilmədən məlumatların yayılması yolverilməzdir".

AzVision.az


Teqlər:  





Xəbər lenti