FHN: "Zəlzələ nəticəsində dağıntı barədə məlumat daxil olmayıb"

   FHN:    "Zəlzələ nəticəsində dağıntı barədə məlumat daxil olmayıb"
  11 May 2024    Oxunub:994
"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".
Bu barədə AzVision.az -a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib.

AzVision.az


Teqlər: zəlzələ   FHN  





Xəbər lenti